SON DƏQİQƏ
» » Saakaşvili 3 illik həbsindən danışdı: "Sifarişlidir"

Saakaşvili 3 illik həbsindən danışdı: "Sifarişlidir"

Tarix:

5-01-2018, 16:55

/ 1 023 dəfə oxundu.
Saakaşvili 3 illik həbsindən danışdı: "Sifarişlidir"

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili, ona hökm oxuyan Tiflis şəhər məhkəməsinin hakimi Georgi Arevadzenin qərarın etiraz etdiyini bəyan edib.

Gunaz.az xəbər verir ki, o, bu barədə özünün rəsmi feysbuk səhifəsində yazıb. Saakaşvili Tbilisi şəhər məhkəməsinin qərarının qanunsuz adlandıraraq məsələdə Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvilinin əli olduğunu iddia edib.

"Bu həbs qərarı sifarişlidir və iki şəxsin - Poroşenko və İvanişvilinin maraqlarına xidmət edir. Onlar bu məsələdə razılığa gəliblər. Bu qərar bütün beynəlxalq, milli normalara, sağlam düşüncələrə ziddir”.

Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsində hakim Georgi Arevadze, Sandro Qirqvliani işi ilə bağlı Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qiyabi hökm çıxarıb.

скачать dle 12.1

Şərhlər