SON DƏQİQƏ

Abdullah Gül yenidən prezident ola bilər

Tarix:

5-01-2018, 15:52

/ 975 dəfə oxundu.
Abdullah Gül yenidən prezident ola bilər

Türkiyənin keçmiş prezidenti Abdullah Gül 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilər.

Gunaz.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə KİV-ləri Ədalət və İnkişaf Partiyasından A.Gülə yaxın olan sabiq deputata istinadən yazır.

Xatırladaq ki, A.Gül 2007-2014-cü illərdə Türkiyə Prezidenti olub.

Qeyd edək ki, gələn il Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Parlament və prezident seçkilərinin eyni gündə keçiriləcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ