SON DƏQİQƏ
» » Türkiyədə yeni radikal millətçi partiya yaradılıb

Türkiyədə yeni radikal millətçi partiya yaradılıb

Tarix:

5-01-2018, 14:56

/ 911 dəfə oxundu.
Türkiyədə yeni radikal millətçi partiya yaradılıb

Türkiyədə Ötükən Birliyi Partiyası adlı yeni siyasi təşkilat yaradılıb.

Gunaz.az “report”a istinadən xəbər verir ki, partiya ideoloji xəttinin irqçilik olduğunu və radikal millətçi siyasət yürüdəcəklərini bəyan edib.

“Türkü dünyada ən üstün irq olaraq gördüyümüz və “Türkiyə türklərindir” ideyasını bütün dünyaya bəyan etmək üçün siyasi təşkilat qurmuşuq”, deyə partiyanın bəyanatında vurğulanıb.

Ötüken Birliyi Partiyasında təmsil olunanlar hesab edirlər ki, millət anlayışı irq sözü ilə eyni mənaya malikdir: “İbtidai, orta məktəblərdə və liseylərdə “Andımız” və “İstiqlal marşı”mızın oxunmasını bərpa edəcəyik. İbtidai siniflərdə din qəti olaraq tədris edilməyəcək”.

Təşkilatın qurucu baş katibi M.Hakan Semercidir.

Qeyd edək ki, Ötüken türk tarixində müqəddəs bir şəhər sayılır. Türklərin bu şəhərdən dünyaya yayıldığı iddia edilir. Ötüken qədim türklərin (göytürk və başqaları) ənənəvi Tanrıçılıq inancında Ana torpaqa verilən addır.

Xatırladaq ki, bununla da ölkədəki siyasi partiyaların sayı 88-ə çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ