SON DƏQİQƏ
» » İvanka ABŞ-ın ilk qadın prezidenti olacaq - Şok iddia

İvanka ABŞ-ın ilk qadın prezidenti olacaq - Şok iddia

Tarix:

4-01-2018, 00:23

/ 4 017 dəfə oxundu.
İvanka ABŞ-ın ilk qadın prezidenti olacaq - Şok iddia

ABŞ Prezidenti Donald Trampın qızı İvanka ölkənin ilk qadın prezidenti olmaq niyyətindədir.

Gunaz.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalist Maykl Vulf özünün "Od və qəzəb: Trampın Ağ evində" kitabında yazıb.

Kitabın bəzi hissələrini çap edən "Nyu York Maqazin" jurnalı yazır ki, İvanka onun Tpampın müşaviri olan əri Cared Kuşner Prezident Administrasiyasında mövqe tutmaq, gələcəkdə bundan yararlanaraq İvankanın prezident olmasına çalışmaq barədə razılığa gəliblər.

"Cütlük öz aralarında bu qərara gəliblər ki, gələcəkdə imkan yaranarsa, İvanka prezidentliyə namizəd olacaq", - Vulf yazır. Həmçinin qeyd olunur ki, ABŞ-ın ilk qadın prezidenti Hillari Klinton deyil, İvanka Tramp olacaq.

 

скачать dle 12.1

Şərhlər