SON DƏQİQƏ

İran hökumətindən gözlənilməz - Addım

Tarix:

3-01-2018, 18:43

/ 2 689 dəfə oxundu.
İran hökumətindən gözlənilməz - Addım

İran hökuməti yanvarın 5-dən Teleqram və İnstaqram sosial şəbəkələrinə girişə qoyulmuş qadağanı ləğv edə bilər.

Gunaz.az İRBA-ya istinadən bildirir ki, bu barədə İran parlamentinin beynəlxalq siyasət və təhlükəsizlik komitəsinin üzvü Əlirza Rəhimi bildirib.

"İki sosial şəbəkənin filtrasiyası cümə günü dayandırıla bilər", - Rəhimi deyib.

Qeyd edək ki, İranda dekabrın 28-də başlayan etiraz aksiyaları ilə əlaqədar bir sıra sayt və sosial şəbəkələrə girişə məhdudiyyətlər qoyulmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ