SON DƏQİQƏ
» » İran Təhlükəsizlik Nazirliyi: "Təxribatçıların bəziləri həbs edilib"

İran Təhlükəsizlik Nazirliyi: "Təxribatçıların bəziləri həbs edilib"

Tarix:

1-01-2018, 22:54

/ 608 dəfə oxundu.
İran Təhlükəsizlik Nazirliyi: "Təxribatçıların bəziləri həbs edilib"

İranda son hadisələrlə əlaqədar həbs olunanlar var.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat)  məlumat yayaraq bildirib.
Məlumatda qeyd olunub ki, son günlər baş verən  dinc toplantılar iğtişaşlarla nəticələnib.
“Bu gərginliklər zamanı ölkə vətəndaşlarına çoxlu ziyanlar dəyib. Təhlükəsizlik Nazirliyi tərəfindən son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və  iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub. Digər ünsürlərin də həbs olunması istiqamətində  işlər davam edir.  Tezliklə  onlara qarşı ciddi addımlar atılacaq”, məlumatda deyilir.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ