SON DƏQİQƏ
» » Kim Çen In: "Nüvə düyməsi masamın üzərindədir"

Kim Çen In: "Nüvə düyməsi masamın üzərindədir"

Tarix:

1-01-2018, 10:07

/ 861 dəfə oxundu.
Kim Çen In: "Nüvə düyməsi masamın üzərindədir"

Şimali Koreya 2017-ci ildə milli nüvə qüvvələrin yaradılmasını yekunlaşdırıb.
Gunaz.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə ölkənin lideri Kim Çen In bəyan edib.
Onun sözlərinə görə,  KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır. 
Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir. 
“ABŞ-ın bütün ərazisi nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyil,” - deyə o bildirib. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ