SON DƏQİQƏ
» » Rusiya gəmiləri Şimali Koreyaya neft və neft məhsulları daşıyır

Rusiya gəmiləri Şimali Koreyaya neft və neft məhsulları daşıyır

Tarix:

30-12-2017, 19:44

/ 812 dəfə oxundu.
Rusiya gəmiləri Şimali Koreyaya neft və neft məhsulları daşıyır

Rusiya gəmiləri BMT-nin sanksiyalarına baxmayaraq, Şimali Koreyaya neft və neft məhsulları daşıyır.
Gunaz.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, oktyabr və noyabr aylarında minimum 3 nəql həyata keçirilib. Mənbələrdən biri qeyd edib ki, oktyabrın 15-də Slavyanka limanından “Vityaz” adlı tanker 1,6 min ton neftlə yola düşüb. Gəmi Yapon dənizində balıqçılıq donanmasına istiqamətlənib. Lakin bir neçə gün müddətində gəminin hərəkətini izləməyə imkan verən transponder söndürülüb. 
Mənbənin sözlərinə görə, bu müddətdə tankerdən yanacaq Şimali Koreyanın “Sam Ma 2” tankerinə boşaldılıb. “Vityaz” gəmisinin sahibi, “Alisa” şirkətinin direktor müavini Yaroslav Quk Şimali Koreyanın hər hansı gəmiləri ilə əlaqələri barədə məlumatları təkzib edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ