SON DƏQİQƏ
» » Finlandiyalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Finlandiyalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Tarix:

26-12-2017, 18:50

/ 884 dəfə oxundu.
Finlandiyalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Yeni müsəlman olan finlandiyalı gənc, müsəlman olmasının əsas səbəbinin İslam dininin cazibələri və daxili aramlığa qovuşmaq olduğunu deyib.
Gunaz.az xəbər verir ki, Finlandiyalı gənc dekabrın 23-ü Qüds Rəzəvi ostanının xarici ziyarətçilər işləri idarəsinə gəlib, burada Kəlimeyi-şəhadət deyərək, müsəlman olduqdan sonra özü üçün Rza adını seçən finlandiyalı gənc, hisslərini belə açıqlayıb: “Bundan əvvəl İslam ilə bağlı bildiklərim ümumi məlumatdan ibarət idi və bu din ilə bağlı çox məlumata malik deyildim, ancaq bu seçimim ilə bu dinə qarşı baxışım dəyişdi və mən həyatın həqiqətlərinə daha çox yaxınlaşdığımı hiss edirəm.Mən müəlliməm və müxtəlif dinlər və məzhəblərə mənsub tələbələrə dərs deyirəm. Bu mənim İslam ilə tanış olmağıma şərait yaratdı”.
İslam dinini qəbul etməsinin əsl səbəbi daxilindəki hisslərin olduğunu deyən finlandiyalı gənc, sözlərini belə davam edib: “Başlanğıcda bu dinlə bağlı xüsusi bir hissə malik deyildim, ancaq yaxından bu dinin hökmləri və əhkamı ilə tanış olmaqla bu dinlə maraqlanmağa başladım və beynimdə bəzi suallar yarandı. Bu suallara cavab tapmaq üçün bu dinlə əlaqədar daha çox araşdırmağa başladım”.
O, İslam dininin ən mükəmməl din olduğunu deyir: “Quran ilə tanış olduğum vaxt, bu səmavi kitabın ayələrini başa düşmək istəyirdim və buna görə də Qurani-Kərimi tərcüməsilə birlikdə oxudum və bu daxildən dəyişməyimə səbəb oldu”.
Finlandiyalı gənc açıqlamasının davamında belə deyib: “İndi özümü çox yaxşı hiss edirəm, kitab və məqalə oxumaqla İslam dini ilə bağlı biliklərimi artırmaq və müsəlman şəxsiyyətlərin bu din ilə bağlı fikirlərilə tanış olmaq istəyirəm”.(Deyerler.org)
скачать dle 12.1

Şərhlər