SON DƏQİQƏ

Saakaşvili buraxıldı

Tarix:

11-12-2017, 22:36

/ 2 220 dəfə oxundu.
Saakaşvili buraxıldı

Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin (Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini azad edib.

Gunaz.az xəbər verir ki, bu barədə qərarı bazar ertəsi istintaq hakimi Larisa Sokol açıqlayıb.

Beləliklə, hakim prokurorların onun barəsində gecə-gündüz ev dustaqlığı şəklində qətimkan tədbirin seçilməsinə dair xahişini rədd edib.

Saakaşvili dekabrın 8-də axşam saxlanılıb və Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Prokurorlar onun üçün 2 aylıq ev dustaqlığı istəmişdilər.

скачать dle 12.1

Şərhlər