SON DƏQİQƏ

Kataloniya lideri Belçikaya qaçdı

Tarix:

30-10-2017, 19:07

/ 1 022 dəfə oxundu.
Kataloniya lideri Belçikaya qaçdı

İspaniya hökumətinin rəsmiləri Kataloniya muxtariyyətinin keçmiş rəhbəri Karles Puçdemonun Belçikanın paytaxtı Brüsselə getdiyini açıqlayıb.

Gunaz.az xəbər verir ki, Puçdemonun yanında Kataloniya hökumətinin keçmiş üzvlərindən bir neçəsinin olduğu bildirilir.

Onların hansı səbəbdən Belçikaya getdikləri bilinmir.

Xatırladaq ki, Kataloniya parlamenti 27 oktyabrda müstəqilliyini elan etmiş, ardınca isə İspaniya Senatı muxtariyyət hökumətini ləğv etmişdi.

İspaniya Baş prokuroru isə Puçdemon və digər hökumət üzvləri haqqında “Dövlətə qarşı üsyan etmə, inqilaba cəhd və dövlət malından sui-istifadə” maddələri ilə cinayət işi açılması üçün müraciət edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ