SON DƏQİQƏ
» » Sarkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək

Sarkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək

Tarix:

30-10-2017, 14:49

/ 1 073 dəfə oxundu.
Sarkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Rusiyaya işgüzar səfər edəcək.

Gunaz.az “report”a istinadən xəbər verir ki, bunu İrəvanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

Onun sözlərinə görə, S.Sarkisyan Moskvada “Ermənistan mədəniyyəti günləri”nin açılışında iştirak edəcək. Tədbir çərçivəsində Ermənistan parlamenti sədrinin, müdafiə nazirinin, deputatların və başqa rəsmilərin də Rusiyaya səfəri planlaşdırılıb.

Qeyd edək ki, S.Sarkisyan sonuncu dəfə bu il oktyabrın 11-də Rusiyada işgüzar səfərdə olub. Həmin vaxt o, MDB ölkələri və Avrasiya İqtisadi İttifaqın iclasında iştirak edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ