SON DƏQİQƏ
» » İrəvan: Rusiya ilə bu müqavilə uzunmüddətli deyil

İrəvan: Rusiya ilə bu müqavilə uzunmüddətli deyil

Tarix:

26-10-2017, 11:58

/ 1 095 dəfə oxundu.
İrəvan: Rusiya ilə bu müqavilə uzunmüddətli deyil

Ermənistan heç vaxt Rusiya ilə təbii qaz məsələsində uzunmüddətli razılaşmalar imzalamayıb.

Gunaz.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan Baş nazirinin müavini Vaçe Qabrielyan söyləyib. Onun sözlərinə görə, Rusiya bu sahədə heç vaxt uzunmüddətli müqavilələr imzalamır:

“İndi biz Rusiyadan qazı 150 dollara alırıq. Bu, regionda ən yaxşı qiymətdir, amma o, konkret müddət üçün müəyyən edilib. Biz heç vaxt qazın qiyməti ilə bağlı onilliklər boyu davam edəcək müqavilə imzalamamışıq. Rusiya belə uzunmüddətli razılaşmalar imzalamır. Bizimlə də razılaşma 2018-ci ilə qədər idi, indi bu, bir il müddətinə uzadılır”.

Qeyd edək ki, Rusiya dünən Ermənistana satdığı qazın qiymətini gələn il də qaldırmayacağını bildirib./axar.az

скачать dle 12.1

Şərhlər