SON DƏQİQƏ

Bu aviaşirkətin təyyarələri pulsuz olacaq

Tarix:

18-07-2017, 20:43

/ 5 056 dəfə oxundu.
Bu aviaşirkətin təyyarələri pulsuz olacaq


İslandiyanın "WOWair" aviaşirkətinin baş direktoru Skuli Mogensen yaxın gələcəkdə sərnişinlər üçün biletlərin pulsuz olacağını elan edib.
Baş direktor pulsuz səyahətlərdən əlavə, sosial şəbəkələrdə aviaşirkətlə bağlı müsbət paylaşım edənləri pulla mükafatlandıra biləcəklərini də sözlərinə əlavə edib.
Şirkətin rəhbəri deyir ki, onlar əlavə xidmətlərdən daha çox pul qazanırlar və biletləri pulla satmağa ehtiyac qalmır. Həmin xidmətlərə isə təyyarədə oturacaq yerinin seçimi, erkən qeydiyyat, səyahət zamanı yeməklərin satışı, avtomobil kirayəsi, mehmanxanalarda yer sifarişi və s. aiddir.(virtualaz.org)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər