SON DƏQİQƏ
» » 80 yaşlı nənəni polislər apardı - Qonşuları şikayət etdi + Fotolar

80 yaşlı nənəni polislər apardı - Qonşuları şikayət etdi + Fotolar

Tarix:

25-06-2017, 18:52

/ 5 709 dəfə oxundu.
80 yaşlı nənəni polislər apardı - Qonşuları şikayət etdi + Fotolar

Türkiyənin Adana şəhərinin Seyhan qəsəbəsində qonşuların şikayət etdiyi 80 yaşlı Zəkiyə Gəzgiç adlı qadını polislər bölməyə aparıb.
GUNAZ.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, qonşuların iddiasına görə Z.Gəzgiç evin damına çıxaraq digər evlərə daş atıb.
Şikayətdən sonra polis yaşlı nənənin evinə gedib. Polisləri görən qadın dama çıxıb və daş ataraq polislərin yaxınlaşmasına əngəl olub. Polislərin bütün cəhdinə baxmayaraq qadını damdan endirmək mümkün olmayıb. Nəticədə qadının qollarına qandal vurularaq damdan endirilib və polis bölməsinə aparılıb.
Qonşuların sözlərinə görə, qadın tək yaşadığı üçün psixoloji problemlər keçirir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər