SON DƏQİQƏ

Rusiya polisi erməni yalanını ifşa etdi

Tarix:

21-06-2017, 17:56

/ 2 825 dəfə oxundu.
Rusiya polisi erməni yalanını ifşa etdi

Rusiyanın Çelyabinsk şəhərində 35 yaşlı Ermənistan vətəndaşı hücuma məruz qalması barədə polisə məlumat verib. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, o, borclarını qaytarmaq istəmədiyi üçün yalan məlumat uydurub.
Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı ona iki nəfərin hücum etməsi və 975 min rubl, 25 min dollar və 50 min rubl dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə şikayət ərizəsi yazıb.
Bundan sonra Hüquq-mühafizə orqanları hadisə ilə bağlı "Quldurluq" maddəsi ilə cinayət işi qaldırıblar. Şəhərdə ona hücum edən şəxslərin axtarışı üçün əməliyyat tədbirlərinə başlanıb. Lakin sonradan hadisənin uydurma olduğu ortaya çıxıb.
Ermənistan vətəndaşı Rusiya hüquq-mühafizə orqanların diqqətini bundan əvvəl də cəlb edib. Bir müddət əvvəl onun barəsində avtomobil təmiri adı ilə 100 min rubl oğurlaması ilə əlaqədar "Dələduzluq" maddəsi ilə cinayət işi açılıb. Ona ölkəni tərk etməsinə qadağa qoyulub./azvision
 

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər