SON DƏQİQƏ

Rusiya ABŞ-dan üzr istədi - RƏSMİ

Tarix:

24-05-2017, 23:40

/ 4 292 dəfə oxundu.
Rusiya ABŞ-dan üzr istədi - RƏSMİ

Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar Suriya səmasında Amerika yanacaqdolduran təyyarəni ələ keçirib.
 Xarici mediaya istinadən xəbər verilir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və cənubi-qərbi Asiya üzrə komandanı Cefri Harriqan bildirib.
"Bu hadisəni qeyri-peşəkarlıq kimi xarakterizə edərdim. Biz bu barədə onlarla əlaqə saxladıq və narahatlığımızı ifadə etdik”, - amerikalı general deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri normal reaksiya verdilər və hadisəyə görə üzr istədilər.
General vurğulayıb ki, hadisədə Su-22 və ya Su-30 qırıcıları iştirak edirdi. Rusiya KİV-i yazıb ki, Rusiya Hərbi-Hava Qüvvələrinin arsenalında Su-22 çoxdan yoxdur, amma Suriyanın Hərbi-Hava Qüvvələrində onlardan istifadə edirlər.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ