SON DƏQİQƏ

İstanbulda iranlı redaktor öldürüldü

Tarix:

30-04-2017, 20:56

/ 3 782 dəfə oxundu.
İstanbulda iranlı redaktor öldürüldü

İstanbulda farsdilli Gem TV şirkətinin təsisçisi və direktoru öldürülüb.
Səid Kərimian Məslək ərazisində küveytli biznes tərəfdaşı ilə yanaşı vurulub.
Cinayətdə istifadə edilmiş avtomobil sonradan yanmış halda tapılıb.
Türkiyə polisi hadisəni araşdırır.
Hadisənin səbəbi bəlli deyil, amma BBC Farscadan Jiyar Gol deyir ki, ölümün arxasında İran kəşfiyyatının olduğuna inananlar var.
Cənab Kərimian bundan əvvəl Tehran məhkəməsində qiyabi mühakimə edilib və İran əleyhinə təbliğat ittihamı ilə 6 il həbs edilib.Gem TV xarici və Qərb şoularını farscaya tərcümə edərək İranda yayımlayır.
Gem Qrup Londonda yaradılıb və sonradan Dubayda da ofis açıb.Qrupun saytındakı məlumata görə, şirkətə 17 ədəd farsca və kürdcə, azərbaycanca və ərəbcə kanallar aiddir.(teleqraf)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ