SON DƏQİQƏ
» » ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var

ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var

Tarix:

29-04-2017, 20:55

/ 3 998 dəfə oxundu.
ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var

 ABŞ-da təyyarə qəzası baş verib.
"TASS" agentliyinə istinadən verilən məlumata görə, bu barədə xəstələrə hava nəqliyyatı xidmətini həyata keçirən "Rico Aviation" şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə Texas ştatının Amarillo şəhərində qeydə alınıb. Belə ki, yüngül mühərrikli təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Həlak olanlar ekipaj üzvləridir.
Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Yerli polis güman edir ki, hadisə əlverişsiz hava şəraiti – gücü saniyədə 24 metrə çatan küləklə əlaqədar ola bilər.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər