SON DƏQİQƏ
» » İngilislər öz pullarına hörmətsizlik etdilər

İngilislər öz pullarına hörmətsizlik etdilər

Tarix:

29-04-2017, 16:58

/ 3 696 dəfə oxundu.
İngilislər öz pullarına hörmətsizlik etdilər

İngiltərə bankının 5 funtluq əsginasının üstündəki qramatik səhv narazılığa səbəb olub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əsginasın üstündə ölkənin baş naziri olmuş əfsanəvi siyasətçi Uinston Çörçilin sitatındakı durğu işarələri səhvi çaşqınlıq yaradır.
Onun "Mən sizə qandan, əməkdən, göz yaşından və tərdən başqa heç nə təklif edə bilməyəcəm” (I have nothing to offer but blood, toil, tears and sweat) deyimində iki nöqtə və dırnaq işarələri düşməyib. Ona görə də bu deyimin sanki Çörçil deyil, pulun özü tərəfindən deyilməsi kimi oxunur. İctimaiyyət bu səhvi lağa qoyub deyir ki, elə həqiqətən də kasıb təbəqə o pulu qazanmaq üçün, qanını, tərini, əməyini, göz yaşını axıdır.
İngiltərə bankı hələlik şərh verməyib.
Qeyd edək ki, yeni plastik 5 funtluq buna qədər də qalmaqal yaratmışdı. Heyvan haqlarını müdafiə edənlər əsginasda donuz yağının olmasını müəyyənləşdirmişdilər. Bank bu səhvini qəbul etmiş və düzəldəcəyinə söz vermişdi.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ