SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı kralı oğlunu ABŞ-a yeni səfir təyin edib

Səudiyyə Ərəbistanı kralı oğlunu ABŞ-a yeni səfir təyin edib

Tarix:

24-04-2017, 20:50

/ 3 636 dəfə oxundu.
Səudiyyə Ərəbistanı kralı oğlunu ABŞ-a yeni səfir təyin edib

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz oğlu şahzadə Xalid bin Salmanı ABŞ-a yeni səfiri təyin edib.
NTV-yə istinadən xəbər verilir ki, şahzadə döyüş təyyarələri üzrə pilotdur.
O, terrorçu İŞİD qruplaşması və Yəməndə Husi qiyamçılarına qarşı keçirilən hava əməliyyatlarında iştirak edib.
Kral Salman bin Əbdüləziz ABŞ-dakı səfirlə yanaşı, kəşfiyyat idarəsi sədirinin müavini, Quru Qoşunları komandanı və bəzi nazirləri tutduqları vəzifədən azad edib. Kral yeni kadr təyinatları ilə bağlı 40-dan çox fərman imzalayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının ABŞ-dakı keçmiş səfiri Abdullah bin Faysal idi. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər