SON DƏQİQƏ
» » Yol qəzasında xəsarət alan Polşanın baş naziri Varşavaya gətirilib - YENİLƏNİB-1

Yol qəzasında xəsarət alan Polşanın baş naziri Varşavaya gətirilib - YENİLƏNİB-1

Tarix:

11-02-2017, 07:40

/ 3 026 dəfə oxundu.
Yol qəzasında xəsarət alan Polşanın baş naziri Varşavaya gətirilib - YENİLƏNİB-1

Yol qəzasında xəsarət alan Polşanın baş naziri Beata Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazirin vəziyyətinin stabil olduğu bildirilir.

Bununla belə hakim "Hüquq və ədalət" partiyasının sədri Yaroslav Kaçinski baş nazirin ciddi xəsarət aldığını bəyan edib. Qəza zamanı B.Şidlodan başqa sürücü və mühafizəçilərdən biri zərər çəkib.

Qeyd edək ki, Beata Şidlonun kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi Krakov şəhəri yaxınlığında baş verib. 

***

23:12

Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasında yüngül xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə "Rzecz Pospolita” qəzeti yazıb.

Məlumata görə, naməlum avtomobil hökumət kortejinin maşınlarının birinə çırpılıb. İçərisində Beata Şidlo olan digər avtomobil isə yolun kənarına çıxıb.

Yüngül xəsarət alan B.Şidlo xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə olmadığı bildirilir. 

***

22:47

Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasına düşüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Krakov şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, baş nazir müayinə üçün xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir. 

скачать dle 12.1

Şərhlər