SON DƏQİQƏ
» » Trampın gözlənilməz hərəkəti hamını təəccübləndirdi: VİDEO

Trampın gözlənilməz hərəkəti hamını təəccübləndirdi: VİDEO

Tarix:

25-01-2017, 15:39

/ 10 376 dəfə oxundu.
Trampın gözlənilməz hərəkəti hamını təəccübləndirdi: VİDEO

ABŞ-ın yeni prezidenti Donald Trampın hərəkəti hamını təəccübləndirib.
"Usadailyinfo.com" xəbər verir ki, "Air Force One” ("Bir nömrəli bort” – ABŞ prezidentlərini daşıyan təyyarə belə adlanır) ilə ilk uçuşundan sonra təyyarədən enən Tramp onu qarşılayan hərbçilərlə olduqca sadə və səmimi görüşüb. Protokola uyğun olaraq ona hərbi salam verən hava qüvvələrinin polkovnikini Tramp da eyni qaydada salamlayıb, daha sonra isə "Çox sağ olun” deyib.
Bunun ardınca Tramp polkovnikə yaxınlaşaraq, onunla səmimi görüşüb və bir qədər söhbət edib. Ardınca əlini hərbçinin çiyninə qoyub və mehriban şəkildə sağollaşaraq, maşına minib.
Adətən sərt və qalmaqallı açıqlamaları ilə gündəmə gəldiyi bildirilən Trampın bu hərəkəti ABŞ mediasında və sosial şəbəkələrdə maraqlı sürpriz kimi müzakirə olunur.

Gunaz.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ