SON DƏQİQƏ
» » "Mənim yerimdə olsaydınız, nə edərdiniz?" - 10 yaşlı Nuray

"Mənim yerimdə olsaydınız, nə edərdiniz?" - 10 yaşlı Nuray

Tarix:

11-01-2017, 15:15

/ 4 181 dəfə oxundu.
"Mənim yerimdə olsaydınız, nə edərdiniz?" - 10 yaşlı Nuray

"Biz əvvəldən razı idik ki, Əvəz gəlib öz uşağını görsün. Ürəyi istəyəndə onunla söhbət etsin, vəziyyəti ilə maraqlansın".
Bunu 10 yaşlı Nurayın xalası Mehriban Eldarova məlumat verib. O, atasının Nurayla görüşməsinə etiraz etmədiyini deyib.
"Biz əvvəllər də atasının Nurayı gəlib görməsinə razı idik. Buna heç vaxt etiraz etməmişik. Sadəcə bu adam özü gəlmirdi. İndi də sazişə razılıq əlaməti olaraq imza atmayıb. Ancaq belə elan olunub. Nuray hələ də qorxur. Bir müddət özünə gələndən sonra yəqin ki, atası ilə görüşə razılaşar. Əvəz bir az qəliz adamdır. Bir yandan bizi polisə, məhkəməyə verir, əleyhimizə verilişdə danışır, sonra da barışıq istəyir". 
M. Eldarova bildirib ki, Nurayla bağlı qalmaqalda mülk davasından söhbət gedə bilməz. 
"Bizim bir məqsədimiz var. O da uşağı qorumaqdır. Uşaq pis vəziyyətdədir. Stress keçirib. Xala nə etməlidir? Atılmış uşağa 10 il analıq edib. Anaya qoyulan hörmət budur? Anaya belə əzab verərlər? Xoşqədəmin verilişində mülk məsələsi ortaya atıldı. Deyildi ki, guya mən uşağı öyrədirəm, onu öz tərəfimə çəkirəm. Hansısa mülkdən, uşağın öyrədilməsindən söhbət belə gedə bilməz. Mən illərlə əziyyət çəkmişəm ki, bu balaca varlığı böyüdüb bir insan edim, qoruyum. Nuray sual verir ki, "mənim yerimdə olsaydınız, nə edərdiniz?"
Deyirlər ki, uşağı öyrədiblər. Mən onun nəyini öyrətmişəm? 
Bacımın hansı xəstəxanalarda yatdığını və hansı xəstəlikdən əziyyət çəkdiyini siz bilmirsiniz? Onun müalicəsinə görə iki ev satmışam. Nuray 18 yaşı tamam olanda istəyər, atasının yanına gedər, istəməz, mənimlə qalar". Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən kobudluğa yol verilməsi öz əksini tapıb. 

скачать dle 12.1

Şərhlər