SON DƏQİQƏ
» » Astanada 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar fotosərgi açılacaq

Astanada 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar fotosərgi açılacaq

Tarix:

11-01-2017, 08:34

/ 4 231 dəfə oxundu.
Astanada 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar fotosərgi açılacaq

Yanvarın 13-də Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Astana şəhərindəki Prezident Nursultan Nazarbayevın adını daşıyan kitabxananın muzeyində "Qara yanvar – müstəqilliyə doğru yol” adlı fotosərgi açılacaq.

Sərgi muzeyin "Mədəniyyət vasitəsilə dialoq” adlı beynəlxalq layihəsi çərçivəsində təşkil ediləcək. Yanvarın 20-dək davam edəcək. Sərgidə qanlı yanvar qırğınının dəhşətlərini əks etdirən fotoşəkillər nümayiş olunacaq.

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığı və Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin misilsiz qəhrəmanlıqlarının, vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğu bu sərgidə bir daha öz təsdiqini tapacaq. Azərbaycan xalqı bu ağrılı günlərdən mərdliklə çıxıb və müstəqilliyin əldə olunması yolunda Vətən oğullarının al qanı ilə unudulmaz tarix yazıb. Keçmiş sovet ordusunun xalqımıza qarşı törətdiyi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi hər bir fotoda əks olunub. Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyəti bütün dünyaya bir daha nümayiş etdiriləcək.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ