SON DƏQİQƏ

Sabah hava necə olacaq? - PROQNOZ

Tarix:

10-01-2017, 13:08

/ 5 149 dəfə oxundu.
Sabah hava necə olacaq? - PROQNOZ

Bakı və Abşeron yarımadasında yanvarın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 12-13-də atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq hissi yarada bilər. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, çiskin, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər