SON DƏQİQƏ

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

Tarix:

9-01-2017, 13:26

/ 1 471 dəfə oxundu.
Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

Gəncə şəhərinin Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi başa çatdırılıb.
"Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Gunaz.az verilən xəbərə görə, əvvəllər ərazilərdən asılı olaraq yolun eni 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib.
Avtomobil yolunun ilk 8 km-lik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Burada 2 hərəkət zolaqlı olmaqla yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metrdir. Yolun 8-19 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə 12 metrdir. 
Layihəyə uyğun olaraq yol boyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün 2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Piyada səkilərinin kənarlarına və zəruri olan yerlərə 51 min poqon metr səki daşı düzülüb.
Bundan başqa, tikinti işləri çərçivəsində əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından zəruri olan yerlərdə borular qoyulub, drenaj işləri üzrə zəruri olan yerlərdə açıq beton küvetlər tikilib.
Layihə çərçivəsində mövcud dəmir yolu üzərində və yolun 8-ci km-də Gəncə çayı üzərində yerləşən avtomobil körpüləri əsaslı şəkildə təmir olunub. Dəmir yolu üzərindəki körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Gəncə çayı üzərindəki 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpülərdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkiləri də tikilib.
Yenidənqurma işləri zamanı yolun yararsız qruntu 1 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib. Daha sonra yol əsasının tikintisi və ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, 200 min kv.m ərazi asfaltlanıb. Hərəkətin normal təşkili üçün yolun xətlənməsi işləri aparılıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

 

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

 

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

 

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

 

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

 

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

 

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ