SON DƏQİQƏ

Sabahın hava proqnozu

Tarix:

6-01-2017, 13:01

/ 5 212 dəfə oxundu.
Sabahın hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° , gündüz 8-13°, Bakıda gecə 2-4°, gündüz 10-12° isti olacağı gözlənilir. 

 Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4 °-dək isti, gündüz 9-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

 Tibbi-meteoroloji proqnoz

Yanvarın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ