SON DƏQİQƏ

Gəncədə Cavad xanın anım mərasimi keçirilib

Tarix:

4-01-2017, 18:09

/ 3 980 dəfə oxundu.
Gəncədə Cavad xanın anım mərasimi keçirilib

APA-nın yerli bürosunun xəbərinə görə, məzarı önündə keçirilən tədbirdə  bildirilib ki, xalqın qəhrəman oğlunun yadelli işğalçılara qarşı vuruşda şəhid olması Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Tədbirə ictimaiyyət nümayəndələri, müəllim və tələbələr, şagirdlər, şəhər sakinləri qatılıblar.

Qeyd edək ki,1786-cı ildən 1804-cü ilədək Gəncəni idarə edən Cavad xan Şahverdi xan oğlu Ziadoğlu-Qacar rus imperiyasının generalı Pavel Sisianovun başdan-ayağa silahlanan ordusunun mühasirəsində bir aydan artıq qaldıqdan sonra  Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə 1804-cü ilin yanvarın 4-də qəhrəmancasına həlak olub.

Gəncənin Şah Abbas Məscidinin yaxınlığındakı ailə məzarlığında dəfn edilmiş Cavad xanın cəsədinin qalıqları 1962-ci ildə bu ərazidə aparılan rekonstruksiya zamanı çıxarılaraq, şəhərin Səbzikar qəbristanlığına aparılıb və orada saxlanılıb. 1990-cı ildə xanın nəşi öz yerinə qaytarılıb və üzərində əvvəlcə mərmər qəbrüstü abidə, 2005-ci ildə isə türbə ucaldılıb.

Gunaz.az

Gəncədə Cavad xanın anım mərasimi keçirilib

 

Gəncədə Cavad xanın anım mərasimi keçirilib

 

Gəncədə Cavad xanın anım mərasimi keçirilib

 

Gəncədə Cavad xanın anım mərasimi keçirilib

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər