SON DƏQİQƏ

Hava ilə bağlı XƏBƏRDARLIQ

Tarix:

17-09-2021, 11:28

/ 3 623 dəfə oxundu.
Hava ilə bağlı XƏBƏRDARLIQ

Artıq gecə saatlarından paytaxt ərazisində hava şəratinin dəyişildiyi müşahidə olunur. Bu gün də gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Axşam saatalarında tədricən mülayimləşəcək.

Bunu ETSN-nin Hitrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

"Havanın temperaturu 25-26 dərəcədən yüksək olmayacaq. Bölgələrdə də hava şəraiti yağıntılı olacaq. Bəzi yerlərdə şimşək çaxacaq. Ara-bir yağış yağacaq. Əsasən şimal və qərb rayonlarında yağıntının intensiv xarakter alacağı istisna olunmur. Lakin bu, qısamüddətli olacaq. Artıq sentyabrın 18-dən hava şəraitinin mülayimləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Paytaxtda sabah mülayim şimal küləyi əsəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ