SON DƏQİQƏ

Paşayeva daha bir diplomla təltif edildi

Tarix:

17-04-2021, 17:13

/ 2 500 dəfə oxundu.
Paşayeva daha bir diplomla təltif edildi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə ilə Mədəniyyət Komitəsində görüşüb.

GünAz.az xəbər verir ki, Ü.Talıbzadə böyük ictimai xadim, şair, ədəbiyyatşünas Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilmiş "Arazdan Turana” virtual konfransının təşkilində göstərdiyi dəstəyə, Türk ədəbi və mədəni dəyərlərinin təbliği yolunda verdiyi töhfələrə görə Q.Paşayevanın "Abdulla Şaiq" diplomu ilə təltif edildiyini bildirib, diplomu ona təqdim edib.

Q.Paşayeva klassiklərin irsinə sayğı göstərməyin mənəvi borc olduğunu vurğulayaraq, təltif üçün təşəkkür edib:

"Xahiş edirəm, bizim salamlarımızı muzeyin fədakar kollektivinə çatdırasız. Yeni ortaq layihələrərimizdən şad olarıq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ