SON DƏQİQƏ

Eldar Quliyev sabah dəfn olunacaq

Tarix:

17-04-2021, 14:12

/ 1 313 dəfə oxundu.
Eldar Quliyev sabah dəfn olunacaq

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev sabah, günün birinci yarısında dəfn olunacaq.

GünAz.az xəbər verir ki, bu barədə "Report”a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

 

O bildirib ki, mərhumun qızlarının xarici ölkələrdən gəlməsi gözlənilir: "Onlardan biri bu gün gecə, digəri səhər saatlarında çata biləcək. Onlar gəldikdən sonra dəfnin saatı da tam dəqiqləşəcək”.

Qeyd edək ki, E.Quliyev ötən gün 80 yaşında vəfat edib.

Özünün vəsiyyəti ilə o, Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ