SON DƏQİQƏ
» » Toylara bir şərtlə icazə verilə bilər...- Deputat

Toylara bir şərtlə icazə verilə bilər...- Deputat

Tarix:

7-04-2021, 22:24

/ 1 354 dəfə oxundu.
Toylara bir şərtlə icazə verilə bilər...- Deputat

Azərbaycanda koronavirus pandemiyasına görə 1 ildən çoxdur ki, toyların, yasların və kütləvi toplantıların keçirilməsinə icazə verilmir. Pandemiyanın hələ nə zaman bitcəyi məlum olmadığı üçün toyların az sayda insanların iştirakı ilə keçirilməsi ilə bağlı müxtəlif təkliflər var. Azərbaycanda toyların keçirilməsinə nə zamandan icazə verilə bilər?

GunAz.az Hit.az-a istinadən xəbər verir ki, bununla bağlı deputat Müşfiq Cəfərov bildirib ki, bu çox ciddi məsələdir:

"Toylar olmaması 5-6 ildən sonra orta məktəbə gedən 1-ci siniflərin az olmasına səbəb ola bilər. Eyni zamanda, 18 ildən sonra hərbi xidmətə gedəcək oğlanların sayının az olmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələni hansısa formada tənzimləmək olar.

Artıq təbii ki, böyük şadlıq saraylarında, restoranlarda 400-500 nəfərlə toy keçirmək mümkün deyil. Bu gün buna icazə verilməsi də mümkün deyil.

Çünki dövlət belə kütləvi tədbirlərin keçirilməsini təxirə salıb.Burada əsas məqsəd vətəndaşlarımızın qorunması və kütləvi yoluxmanın qarşısını almaqdır. Ancaq kiçik formada 200 kvadrat metr ərazidə 40-50 nəfərlə toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Təbii ki, yaxın təmas olmadan, karantin qaydalarının tələblərinə uyğun olması şərti ilə. Əgər bu gün restoranlarda bir masa arxasında 6 nəfərdən çox insanın toplaşmasına icazə verilmirsə, düşünürəm ki, restoran sahibi və toya edən şəxslər bu formada qaydalara əməl edərsə, cərimələnmə təhlükələri də olmaz.

Hesab edirəm ki, bu qaydalara əməl edərək toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Əlbəttə, insanlarımızın qaydalara əməl etməsi vacibdir".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ