SON DƏQİQƏ
» » Hər 3 nəfərdən biri psixoloji problemlər yaşayır - Araşdırma

Hər 3 nəfərdən biri psixoloji problemlər yaşayır - Araşdırma

Tarix:

7-04-2021, 19:30

/ 3 392 dəfə oxundu.
Hər 3 nəfərdən biri psixoloji problemlər yaşayır - Araşdırma

ABŞ-da aparılan bir araşdırmaya görə, koronavirusa yoluxan hər 3 nəfərdən biri psixoloji ya da nevroloji problemlər yaşayır.

GünAz.az xəbər verir ki, 236 min insan üzərində aparılan araşdırmaya görə, yoluxanların 34 faizi yoluxduqdan sonrakı 6 ay ərzində nevroloji və ya psixoloji problemlər yaşayıb.

COVID-19 səbəbindən xəstəxanaya aparılanlarda isə nevroloji problemlərə daha çox rastlanılıb. Statistikaya görə, hər 50 nəfərdən birində isə beynin qan damarlarında daralma ya da tıxanma müşahidə edilib.

Araşdırma, "Lancet Psychiatry” jurnalında yayımlandı.
скачать dle 12.1

Şərhlər