SON DƏQİQƏ

Bakıda itkin düşən qız tapıldı

Tarix:

5-03-2021, 10:45

/ 6 892 dəfə oxundu.
Bakıda itkin düşən qız tapıldı

Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.

"Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər", - Mətbuat xidmətindən bildirilib.

Bakıda itkin düşən qız tapıldı

скачать dle 12.1

Şərhlər