SON DƏQİQƏ

Deputat hesabat yaydı: 128 müraciət...

Tarix:

2-03-2021, 22:10

/ 1 270 dəfə oxundu.
Deputat hesabat yaydı: 128 müraciət...

Milli Məclisin deputatı Cavanşir Feyziyevin fevral ayı üçün seçicilərlə görüşü barədə açıqlama yayılıb.

GunAz.az açıqlamanın mətnini təqdim edir:

"Ötən ay deputatın ünvanına 128 yazılı müraciət daxil olub, onlardan 37-si ay ərzində öz həllini tapıb. Vətəndaşlardan daxil olmuş 7 müraciət baxılması və müvafiq kömək göstərilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına göndərilib. Daha 1 müraciət aidiyyatı üzrə digər qurumlara göndərilib. Bununla bərabər, seçicilər tərəfindən göndərilmiş yazılı müraciətlərin 83-də qanunvericiliyin tələblərinə uyğun olmayan məsələlər qaldırılıb və bu məsələlərin qanunvericilik tələblərinə uyğun olmadığı vətəndaşların diqqətinə çatdırılıb. Fevral ayı ərzində seçicilərlə keçirilən 3 görüşdə 8 nəfər deputat tərəfindən qəbul edilərək müraciətləri dinlənilib”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ