SON DƏQİQƏ
» » Azərbaycan Avropa ölkələri arasında birinci oldu - SƏBƏB

Azərbaycan Avropa ölkələri arasında birinci oldu - SƏBƏB

Tarix:

2-03-2021, 16:34

/ 5 885 dəfə oxundu.
Azərbaycan Avropa ölkələri arasında birinci oldu - SƏBƏB

Azərbaycan 2020-ci il üzrə İqtisadi azadlıq indeksində göstəricilərini yaxşılaşdırmış beş Avropa ölkəsi arasında birinci yeri tutub.

Bu barədə "Heritage Foundation" məlumat yayıb.

Hesabata əsasən, 2020-ci ildə Azərbaycanın mövqeləri biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı sahəsində yüksək qiymətlər sayəsində 16 pillə yüksəlib.

Azərbaycan iqtisadi azadlıq qiymətləndirməsinə görə, 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı göstəricisində isə Azərbaycanın indeksi 3,9 xal yüksəlib. Ölkə bu göstəricidə 45 Avropa ölkəsi arasında 24-cü olub. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ