SON DƏQİQƏ
» » Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Tarix:

1-03-2021, 23:06

/ 1 282 dəfə oxundu.
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan yeddi ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, qatı tüstülənmədən zərər görməmələri üçün binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzillər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ