SON DƏQİQƏ
» » Gecə küçədə yatan şəxslə bağlı rəsmi AÇIQLAMA

Gecə küçədə yatan şəxslə bağlı rəsmi AÇIQLAMA

Tarix:

24-02-2021, 13:31

/ 5 781 dəfə oxundu.
Gecə küçədə yatan şəxslə bağlı rəsmi AÇIQLAMA

Bakıda Qələbə dairəsi yaxınlığında - "Bakumall"un qarşısında gecə saatlarında küçədə bir nəfərin yatması ilə bağlı sosial şəbəkədə yayılan məlumata rəsmi açıqlama verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Trend-ə bildirib ki, ərazidən polis bölməsinə aparılan həmin şəxs sərxoş vəziyyətdə olub.

O, polis bölməsində ayıldıqdan sonra evsiz olmadığını açıqlayaraq oranı tərk edib:

"Onun şəxsiyyəti polis bölməsində müəyyən edilib. Məlumata görə, həmin şəxsdə davamlı alkoqol asılılığı var. Artıq həmin şəxs qeyd edilən ərazidə deyil, lakin agentliyin əməkdaşları bu məsələni yenə də nəzarətdə saxlayırlar.

Evsiz olacağı təqdirdə onun sığınacağa yerləşdirilməsi üçün bütün tədbirlər görülür".




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ