Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.
Bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Bu çərşənbəni "Yalançı”, "Əzəl çərşənbə”, "Sular Novruzu” da adlandırırlar.
Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37-də qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
Çərşənbə BAYRAMINIZ MÜBARƏK!
Bilman İSAQ