SON DƏQİQƏ
» » Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub - YENİLƏNİB

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub - YENİLƏNİB

Tarix:

22-02-2021, 19:46

/ 5 818 dəfə oxundu.
Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub - YENİLƏNİB

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Tərtərdə mülki şəxs minaya düşüb.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ