SON DƏQİQƏ
» » Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

Tarix:

18-01-2021, 08:14

/ 5 453 dəfə oxundu.
Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 27 sentyabr səhər tezdən erməni işğalçı ordusunun hücumuna cavab olaraq, torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim Prezidentimizin diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər.
Quba rayonunda Şəhid ailələrinin, Qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Quba Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir.  Rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin əməkdaşları bütün şəhid ailələrini ziyarət edir, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişlər. Onu da qeyd edim ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür. 

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə Quba şəhərinin adsız küçələrinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, Quba rayonundan olan Vətən Müharibəsi Qəhrəmanları Şahin Allahyarov və Mehrab Niftəliyevin, eləcə də Quba şəhərindən olan Vətən Müharibəsi şəhidlərinin adının verilməsi ilə bağlı lövhələr vurulmuşdur. 

Bundan əlavə Quba Rayon İcra Hakimiyyətinin başçısı məsul şəxsləri ilə birlikdə mütamadi olaraq İkinci Qarabağ müharibəsində yaralanmış döyüşçüləri ziyarət edərək onlara düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edir, sovqatlar təqdim edir, Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə məlumatları çatdırır və bunu əyani şəkildə özü həyata keçirir.

Demək olar ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı hər gün Qubanın kəndlərini gəzərək yaralılara, şəhid ailələrinə baş çəkir, yerindəcə onların problemləri ilə maraqlanır və problemin həll olunmasında öz köməyini göstərir.

 Şəhid baş gizir, "Vətən Müharibəsi Qəhrəmanı” Allahyarov Şahin Hüseynbala oğlunun yenicə dünyaya gəlmiş oğlu, körpə Şahinin və şəhidimizin həyat yoldaşı Allahyarova Kəmalə Ağaşirin qızını xəstəxanada zəyarət etmiş Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev körpə Şahinin dünyaya gəlməsi münasibətilə onun əzizlərinə təbriklərinin çatdırmış və onun da atası kimi Vətənə layiqli övlad olacağına əminliyini bildirmişdir. Sonra Rayon İcra Hakimiyyətinin başçısı körpə Şahinin anasına hədiyyələr təqdim etmişdir. 

Yəqin ki, bu ideologiya çox yerlərdə öz əksini tapacaqdır, Dövlət başçısının yerlərdə təyin etdiyi kadrlar xalqın mənafeyini öz mənafeylərindən üstün tutaraq Prezidentimiz Cənab İlham Əliyeviin tapşırıqlarına əməl edərək, xalq-dövlət qarşısında öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. 

Mən 1-ci qrup Qarabağ əlili kimi, Quba rayon İcra Hakimiyyəti Aparatının işçilərinə, şəxsən Ziyəddin Əliyevə bu 44 günlük Vətən Müharibəsində və sonrakı günlərdə də cəmiyyətimizlə, sıx əlaqədə olduğu üçün dərin təşəkkürümü bildirirəm. 

Dövlət başçımız Cənab İlham Əliyevə bu Vətən müharibəsində bizə verdiyi yüksək əhval-ruhiyyə, nəhayət 30 il həsrətində olduğumuz torpaqlarımızın alınmasında BÖYÜK QƏLƏBƏyə görə minnətdarlığımızı bildiririk. Şədlərimizin ruhu şad olsun, Qazilərimizə şəfa diləyirirk

QARABAĞ AZƏRBAYCANDIR! 

Sahib İsgəndərov 

1-ci qrup Qarabağ əlili

 Quba rayonu

Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

 

Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

 

Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

 

Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

 

Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

 

Şəhidlərimizin adları Qubada ƏBƏDİLƏŞDİRİLİR

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ