SON DƏQİQƏ
» » FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində

FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində

Tarix:

15-01-2021, 13:12

/ 5 839 dəfə oxundu.
FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Bu barədə FHN-dən məlumat verilib.

Belə ki, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ