SON DƏQİQƏ
» » Günün qoroskopu: bu çətin olsa da, gərəklidir...

Günün qoroskopu: bu çətin olsa da, gərəklidir...

Tarix:

15-01-2021, 00:04

/ 1 204 dəfə oxundu.
Günün qoroskopu: bu çətin olsa da, gərəklidir...

GunAz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - səhər saatlarını ötən günlərdən qalmıış məsələlərin həllinə və işlərin başa vurulmasına həsr edin. Günün ikinci yarısında işdə rəhbərliklə ünsiyyət və ya üstün instansiyalarla təmaslar yaxşı nəticə verə bilər. İşdə tapşırıqlar arta bilər

Buğa - lakin yaşanan şəraitin təfərrüatlarını anlayacaq, perspektivləri daha aydın görəcəksiniz. Sizi cana yığan rutinlik, adilik, bozluqdan qurtulmaq istəyəcəksiniz.

Əkizlər - şərait sizi köhnə mövzuya qayıtmağa vadar edəcək. Yaradılanın dağılması, yeni imkanların araşdırılması mümkündür.

Xərçəng - fikir və qayğıların çoxluğu pərişanlıq yarada bilər. İnternetdə saatlarla vaxt keçirməyin, ifrat sosiallaşmayın. Gündən maksimal dərəcədə effektiv istifadə edin.

Şir - işlərdə konstruktiv yeniliklər, gərginliyin azalması, mühüm situasiyada aydınlaşma mümkündür. Mürəkkəb məsələləri, məsləhətləşmələri təxirə salmayın. Bu gün romantik planlar qurmayın, əyləncəni təxirə salın.

Qız - mütəxəssis məsləhəti, səhhətin diaqnostikası, müalicəyə başlanması, məşqlərin bərpası, yeni tanışların tapılması üçün əlverişli gündür.

Tərəzi - yaxın ətrafınızdakı adamlardan birinin təxribatına və hücumuna aqressiv tərzdə cavab verməyin. Hiyləgər olun, sizə qarşı qurulan tələni görün, məkri anlayın. Daha vacib işi görmək, gəlir əldə etmək və ya məqsədə çatmaq üçün vidalaşmalı olduğunuz nəsnəni müəyyənləşdirin.

Əqrəb - Bu çətin olsa da, gərəklidir. Sizi narahat edən dəyişikliklərə praktiki nəzərlərlə baxın.
Diqqətinizi cəlb edən münasibətlərin romantik areolu darmadağın ola bilər.

Oxatan - Yeni istiqamətin seçim vaxtını qaçırmayın. Yüksək məhsuldarlıq yaradıcılıq istəkləri ilə müşayiət olunacaq. Axşam saatlarında maraq və istəklərinizin təzahür dönəmidir.

Oğlaq - hadisələr sınaq səciyyəli ola bilər, amma onların sayəsində indi diqqət mərkəzində olan hadisə və nəsnənin əsl dəyərini öyrənə bilərsiniz.

Dolça - hadisələri diqqətlə izləyin, ətalətli olmayın. Nəyinsə yaranmağa başladığını duymasanız, sonra ciddi problemlərlə qarşılaşa bilərsiniz. Daxili gərginliyin səviyyəsini aşağı salın, iddiaları bir qədər zəiflədin.

Balıqlar - bu gün səhər saatlarından etibarən bir qədər aktivliyi azaldın, yaxın günlərlə bağlı planlarınızı düşünün. Soyuqqanlı, hər şeyi hesablayan adam olun, emosiyaları arxa plana salın və yalnız  işlə məşğul olun.Milli.Az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ