SON DƏQİQƏ

"Millət ruhun gücündədir"-VİDEO

Tarix:

12-01-2021, 15:51

/ 5 960 dəfə oxundu.
"Millət ruhun gücündədir"-VİDEO

Bu videoçarxı dönə-dönə izlədim. İzlədikcə də böyük ruh yüksəkliyi ilə bir daha Azərbaycanın Müzəffər Ordusuyla qürur hissi keçirtdim. Elə bu anda Azərbaycan ədəbiyyatında adı qırmızı xətlə keçən, ölməz Xalq şairimiz Cabir Novruzun "Kaş  millətdə ruh yaşasın" şeirini xatırladım...

Qeyrət ruhun gücündədir,
Qüdrət ruhun gücündədir,
Millət ruhun gücündədir,
Kaş millətdə ruh yaşasın. 
Düşməni qul etmək olar,
Min əsr yol getmək olar,
Dünyanı titrətmək olar,
Kaş millətdə ruh yaşasın.

Bəli,bu gün  Qələbə sevinci yaşayan hər bir Azərbaycan vətəndaşı böyük ruh yüksəkliyi ilə Ali Baş Komandan, "Dəmir yumruq"lu sərkərdə, cənab İlham Əliyev və Müzəffər Azərbaycan  Ordusuyla qürur duyur.
Azərbaycan Müdafiyə Nazirliyinin təşəbbüsü və "Fire Land Production"un təşkilatçılığı ilə hazırlanan möhtəşəm videoçarxa görə əməyi keçən bütün yaradıcı heyətə təşəkkür edirik. 
Yaşa, var ol, döyünən qəlbimizlə bu Vətənə bağlı olan əyilməz, dağ vüqarlı Azərnaycan xalqı!
"Millət ruhun gücündədir"-VİDEO Rəsmiyyə Heybətağaqızı



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ