SON DƏQİQƏ

Azərqazın yeni saygac əməliyyatı

Tarix:

7-01-2021, 17:37

/ 6 438 dəfə oxundu.
Azərqazın yeni saygac əməliyyatı

Azəriqaz bir neçə il əvvəl yenilik tərtib edərək  mənzillərə təzə  Smart qaz  sayğacları  qurasdirdı. Bir ay ərzində qazdan normal istifadə etsək də aylıq sərfiyyat qənaətbəxş idi
Azərqazin  işbaz mütəxəssisləri  fikirləşərək  təzə sayğacları köhnə sayqaclarla əvəz etməyə başladılar.
Dövlətin təzə sayqaclara çəkdiyi milyonlarla manat dəyərində olan pulları havaya sovurdular. Təzə sayğaclar sökülərək qaz idarələrinin həyətyanı sahələrində yağışın, qarın altında qalaraq korreziyaya uğradı və tonlarla dəmir yararsız hala düşdü...
Bu qaz sayğaclarının baş ayaq işləməsindən redaksiyamıza çoxlu şikayət məktubları gəlir.
Bu günlərdə Bakı şəhərinin Xətai rayonunun 3-cü qəsəbə sakini "Avromedia.az" saytının rəhbəri Mahir Cəfərovun özüdə bu hadisə ilə üz-üzə qalıb. Mahir müəllim bildirirdi ki əvvəllər yeni Smart qaz sayğacları quraşdırılaraq qış vaxtı hətta kombidən fasiləsiz istifadə etsək də, bir ay ərzində uzağı  70 manatlıq qaz  işlədərdik, elə ki təzə qaz sayğaclarını  məqsədli şəkildə köhnə qaz sayğacları ilə əvəz etdilər , 20 gün ərzində 130 man  40 qəpik  borcumuz olduğu bildirildi.
Mahir müəllim, qalıq borcu yazılmış çeki də subut üçün redaksiyamıza göndərib.
Hətta bildirdi ki:  "Xətai rayon qaz idarəsinə getmişdim. Sən demə idarəyə toplaşan sakinlər də mən dərddə imişlər, idarə rəisi isə müfəttişlərə təpinərək  şikayətçiləri yola vermələrini tapşıraraq, hərəmizdən bir ərizə alaraq  bizi yola saldılar".
Pandemiya dövründə dövlət az təminatlı ailələrə 190 manat pul ödəyir ki, insanlar korono virusundan salamat qurtarsınlar, amma Azəriqaz İB-yi, əsasən şahidi olduğumuz Xətai rayon qaz idarəsinin çox bilmiş məmurları xalqın cibinə girərək öz istəklərinə nail olurlar. Bəlkə  də yuxarıda oturan aidiyyatı təşkilatların bundan  xəbərləri yoxdur, çünki yerli təşkilatlar qazı geninə-boluna satır və həmin satılan qazın məbləğini vətəndaşlara yükləyirlər. Burda başqa maraq nə ola bilər.
Dövlət başçımız, möhtərəm Prezidentimiz həmişə xalqa arxalanıb və bildirib ki, mən həmişə xalqımın yanındayam, bəlkə bu narazıçılıqla xalqı dövlətdən, prezidentdən ayırmaq fikirləri var. Bunu biz deyə bilmərik, çünki bunun üçün müəyyən edilmiş orqanlar var bu onların işidir bizim işimiz isə olanları yazıb işıqlandırmaqdır.
Vətən müharibəsində bütün xalqımız birlik nümayiş etdirərək Ölkə Prezidentinin bir çağırışı ilə bütün xalq həmrəy olaraq mənfur düşmənlərimizə qalib gəldik.
Amma məmurlar arasında xalqı incidən, süni əngəllər törədən, hakimiyyətlə xalqı üz-üzə qoyan dələduz məmurlara  hələ də rast gəlinir.
Məncə bu haqda əlaqədar təşkilatlar düşünməli və Tarif şurasında və digər vəzifələrdə sağlam  əqidəli, savadlı, xalqı düşünən  məmurlar  işləməlidir .
Rauf İlyasoğlu

Azərqazın yeni saygac əməliyyatı

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ