SON DƏQİQƏ

Bu qədər şəhid vermişik-NƏ AD GÜNÜ!

Tarix:

7-01-2021, 10:38

/ 3 947 dəfə oxundu.
Bu qədər şəhid vermişik-NƏ AD GÜNÜ!

 Qarabağ müharibəsi əlili ehtiyyatda olan zabit  Vaqif İlyas oğlu Allahverdiyevin 65 yaşı tamam olur. Onu da qeyd edim ki, Vaqif Ağdamın Quzanlı qəsəbəsində  yaşayır. Musiqi texnikumunu bitirdikdən sonra hərbi məktəb bitirərək N saylı hərbi hissələrdə işləyib.İlk hərbi forma geyinən zabitlərdən biridir.
Eldar Bağırov adına  845 saylı  batalyonun tərkibində bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edib.
44 günlük  Vətən müharibəsi  dövründə oğlu ilə  birlikdə yaşadıqları yeri  bir gün də olsun  tərk etməyiblər.
Baxmayaraq ki, erməni quldurları   həmin əraziləri gecə - gündüz  mərmi yağışına tutmuşdular.
2021 çi ilin yanvar ayının 5 də Bakıdan zəng edib  Ağdamın Quzanlı qəsəbəsində yaşayan  qardaşımın halın soruşub  yubiley ilin təbrik etmək istədim. O isə narazı halda dedi ki, kim ad günü keçirir ki?
Səhər gedib şəhidlərimizin , sonra  atamızın və kiçik qardaşımız Namiqin məzarın ziyarət etdim.İndi isə  namaz qılıram.
Bu qədər şəhid vermişik,nə ad günü!
Amma onu da qeyd edim ki,heç yadıma gəlmir ki, Vaqifin nəinki 30,ya 50, heç 60 illiyini də qeyd edək .
Cəmi şəhidlərimizə Allahdan rəhmət ,
qazilərimizə , yarali əsgər və zabitlərimizə şəfa dilədik.
Sağollaşmagı qənimət bildim.
Rauf İlyasoğlu

 


скачать dle 12.1

Şərhlər