SON DƏQİQƏ
» » Daha 9 korona xəstəsi barədə cinayət işi başlandı

Daha 9 korona xəstəsi barədə cinayət işi başlandı

Tarix:

5-12-2020, 10:11

/ 5 767 dəfə oxundu.
Daha 9 korona xəstəsi barədə cinayət işi başlandı

Dekabrın 3-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin şəxslər ictimai yerlərdə aşkar ediliblər:

"Saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ