SON DƏQİQƏ

Yaponiya Şamaxıda tibb məntəqəsi tikəcək

Tarix:

4-12-2020, 21:24

/ 1 288 dəfə oxundu.
Yaponiya Şamaxıda tibb məntəqəsi tikəcək

Dekabrın 4-də Yaponiyanın Azərbaycandakı səfirliyində "Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində "Şamaxı rayonu Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşası” layihəsinin üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Səfirlikdən GunAz.az-a bildiriblər ki, qrant yardım layihəsi üzrə müqaviləni "Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və səfir Vada Cüniçi imzalayıblar.

Mərasimdə çıxış edən səfir Vada Cüniçi layihənin həmin bölgənin əhalisinin səhiyyə, təhsil, sosial rifahı və iqtisadi inkişafına töhfə verməsini arzulayıb. Əliməmməd Nuriyev yardıma görə Yaponiya Hökumətinə dərin minnətdarlığını ifadə edib.

Budəfəki müqavilədə nəzərdə tutulan yardımın məbləği 55 min ABŞ dolları təşkil edir. Bu layihənin icrası nəticəsində Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yeni kiçik tibb məntəqəsi inşa olunacaq.

Qeyd edək ki, indiyədək "Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində Azərbaycanda həyata keçirilmiş layihələrin sayı 265, ümumi dəyəri isə 22 milyon ABŞ dollardan çox olub.

Proqram insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, Yaponiya hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələrin iqtisadi tərəqqisinə dəstək məqsədilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Əhalinin sağlamlığı və həyatının təhlükəsizliyinin, o cümlədən minimum həyat standartlarının təmin olunması proqramın əsas prioritetidir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ