SON DƏQİQƏ

Ordumuz üçün yığılan vəsait açıqlandı

Tarix:

4-12-2020, 20:57

/ 5 945 dəfə oxundu.
Ordumuz üçün yığılan vəsait açıqlandı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cari il dekabrın 1-dək fonda 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

скачать dle 12.1

Şərhlər